Ceyhun Quliyev Azərbaycan Respublikasına layiqincə xidmət göstərir

Müsahibələr
01.04.2025
15:03
Ceyhun Quliyev Azərbaycan Respublikasına layiqincə xidmət göstərir


Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan “Westa Construction"-ın yaradıcılarından Ceyhun Quliyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Ceyhun Quliyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Ceyhun Quliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ceyhun müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ceyhun Quliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

İlk dövrlərdə ictimai – siyasi sabitliyin davamlı olmaması sahibkarlıq fəaliyyətinə müəyyən maneçiliklər törədirdisə, 1993-cü ildə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev cənablarının hakimiyyətə qayıdışı tez bir zamanda özünün müsbət təsirini göstərdi. Bərpa olunan ictimai-siyasi sabitlik, dövlətçiliyimizin möhkəmləndirilməsi yönümündə yürüdülən məqsədyönlü daxili və xarici siyasət, uzaqgörən fərdi yanaşma qabiliyyəti digər sahələr kimi sahibkarlıq sektorunun da sürətlə inkişafına təkan verdi.

Ulu Öndər özəl sektorun ictimai-siyasi həyatdakı mövqeyini yüksək qiymətləndirdi və bu sahənin potensial imkanlarının inkişafı üçün iş adamlarına lazım olan şəraiti yaratmağa nail oldu....