ARB24 Televiziyasının əməkdaşları Sabunçu rayonu Bilgəh qəsəbəsində bələdiyyənin fəaliyyəti ilə bağlı ictimai rəy sorğusu keçirdilər
Cəmiyyət
24.05.2025
14:48
ARB24 televiziyası olaraq bu gün əməkdaşlarımızla birlikdə Sabunçu rayonunun Bilgəh qəsəbəsində olaraq yerli bələdiyyənin fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi məqsədilə sorğu keçirdik. Sorğunun əsas məqsədi Bilgəh qəsəbəsinin idarəetmə strukturlarının fəaliyyəti, əhalinin bələdiyyənin xidmətlərindən razılığı və mövcud problemlərə münasibətini araşdırmaq idi.
Qeyd edək ki, Bilgəh qəsəbəsinə yeni təyin olunmuş bələdiyyə sədri Kamandar Zeynalov qısa müddət ərzində sakinlərin rəğbətini qazanmağı bacarıb. Görüşdüyümüz və sorğuda iştirak edən sakinlər istisnasız olaraq Kamandar Zeynalovun səmimi, prinsipial və xalqa yaxın idarəçilik üslubundan razılıqlarını ifadə etdilər. Sakinlər bildirdilər ki, yeni sədr vəzifəyə gəldiyi ilk gündən qəsəbədəki problemləri şəxsən yerində araşdırır, ictimaiyyətlə açıq dialoq şəraitində işləyir və real həll yolları axtarır.
Sorğuda iştirak edənlər həmçinin vurğuladılar ki, cənab Zeynalovun fəaliyyəti nəticəsində Bilgəh qəsəbəsində bir sıra abadlıq və təmizlik işləri görülüb, sosial xidmətlərin keyfiyyətində nəzərəçarpacaq dərəcədə irəliləyiş müşahidə olunur. Qəsəbədə uşaq meydançalarının təmiri, yaşlı sakinlərin sosial rifahına dair tədbirlərin görülməsi və gənclərin məşğulluğu ilə bağlı yeni təşəbbüslər artıq yerli ictimaiyyət tərəfindən müsbət qarşılanmaqdadır.
ARB24 televiziyası olaraq qeyd edirik ki, ictimai rəyin əsasını təşkil edən bu cür səmimi və müsbət fikirlər yeni bələdiyyə rəhbərliyinə olan inamın göstəricisidir. Əminik ki, Kamandar Zeynalovun rəhbərliyi ilə Bilgəh qəsəbəsində daha da əhəmiyyətli uğurlara imza atılacaq və yerli idarəetmə orqanları əhalinin etimadını doğrultmaqda davam edəcəkdir.