Xoruzun quyruğu göründü: "Makron və Zelenski şəxsi maraqları naminə Avropanı tələyə salıblar"
Müsahibələr
09.01.2025
10:05
Xoruzun quyruğu göründü: "Makron və Zelenski şəxsi maraqları naminə Avropanı tələyə salıblaRusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqli 2025-ci il yanvarın 1-dən dayQazprom" qeyd edib ki, kiyevli tərəfdaşları dəfələrlə bu sazişi uzatmaqdan imtina ediblər, nəticədə 2025-ci il yanvarın 1-də 2019-cu il dekabrın 30-da imzalanmış sənədlər - "Qazprom" ilə Ukraynanın "NAK Naftogaz" şirkəti arasında Rusiya qazının Ukrayna ərazisindən nəqlinin təşkili, habelə qarşılıqlı fəaliyyət haqqında sazişin müddəti başa çatıb.
Nəqlin dayandırılmasından sonra isə Avropa birjalarında qazın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə qalxıb. Rusiyadan qazı kəsilən Avropaya isə Türkiyədən təklif gəlib və bildirilib ki, rəsmi Ankara Avropa üçün təhlükəsiz alternativ ola bilər, eyni zamanda, Türkiyə müxtəlif ölkələrə mavi yanacaq ixrac edə bilər. Çünki təhlükəsiz qaz nəqli marşrutu kimi Türkiyə əhəmiyyətli yer tutur, bu, onun əlverişli coğrafi mövqeyi və qaz infrastrukturunun olması ilə bağlıdır. Türkiyə Qara dənizdə öz qazını istehsal edir, ölkə ərazisindən isə boru kəmərləri və üzən strukturlar keçir. Türkiyə təbii qazı Rusiyadan "Mavi axın" və "Türk axını" qaz kəmərləri ilə, Azərbaycandan TANAP qaz kəməri ilə, həmçinin İrandan alır. Ankara Bolqarıstan, Macarıstan, Makedoniya, Moldova və Rumıniyanı mavi yanacaqla tədarük edir.