Qabil Cəlilov əsl vətənpərvərlik nümunəsidir

Müraciətlər
12.01.2025
11:32
Qabil Cəlilov əsl vətənpərvərlik nümunəsidir


Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Hövsan qəsəbəsində yerləşən Quş kəsim sexinin müdiri Qabil Cəlilov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Qabil Cəlilov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Qabil Cəlilov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qabil Cəlilovun diqqətindədir.
. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Qabil müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İlk dövrlərdə ictimai – siyasi sabitliyin davamlı olmaması sahibkarlıq fəaliyyətinə müəyyən maneçiliklər törədirdisə, 1993-cü ildə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev cənablarının hakimiyyətə qayıdışı tez bir zamanda özünün müsbət təsirini göstərdi. Bərpa olunan ictimai-siyasi sabitlik, dövlətçiliyimizin möhkəmləndirilməsi yönümündə yürüdülən məqsədyönlü daxili və xarici siyasət, uzaqgörən fərdi yanaşma qabiliyyəti digər sahələr kimi sahibkarlıq sektorunun da sürətlə inkişafına təkan verdi.

Ulu Öndər özəl sektorun ictimai-siyasi həyatdakı mövqeyini yüksək qiymətləndirdi və bu sahənin potensial imkanlarının inkişafı üçün iş adamlarına lazım olan şəraiti yaratmağa nail oldu....