Qaradağ MKTB adından 26 iyun silahlı qüvvələr günü münasibətilə təbrik
Cəmiyyət
25.06.2025
14:31
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılov və kollektivimiz adından, xalqımızın şərəf və qürur günü olan bu əlamətdar tarix münasibətilə ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi, eləcə də şəhid ailələrini, qazilərimizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik!
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri yalnız regionda deyil, beynəlxalq müstəvidə də güclü və modern ordu kimi tanınır. 44 günlük Vətən müharibəsində əldə olunan parlaq Qələbə, xalqımızın və ordumuzun birlik, iradə və qəhrəmanlıq nümunəsi kimi tarixə həkk olundu.
Qaradağ Rayon MKTB-nin kollektivi olaraq, Vətənimizin müdafiəsində əzmlə xidmət edən hərbi qulluqçularımıza təşəkkür edir, şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizin göstərdiyi şücaəti dərin hörmətlə yad edirik. Biz inanırıq ki, güclü dövlətimizin dayağı olan Ordumuz bundan sonra da torpaqlarımızın toxunulmazlığının qarantı kimi qalacaq.
Bu əlamətdar gündə bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyir, dövlətçiliyimizin daha da möhkəmlənməsini arzulayırıq.
Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan Ordusu!
Hörmətlə,
Qaradağ Rayon MKTB-nin kollektivi
Rəis: Namizəd İsmayılov