Vətən oğlu-Şövqi İsmayılzadə

Hərbi
10.02.2025
18:08
Vətən oğlu-Şövqi İsmayılzadə


Bərdə Rayonu Bəcrivan kəndi 7 Oktyabr 2020-ci ildə böyük itgisini yaşamışdır.
Bu tarix qanla xalqın yaddışına yazılıb.


Şövqi İsmayılzadə 996-cı ilin fevral ayının 23-də Bərdə rayonunun Bəcrivan kəndində dünyaya göz açıb.

2002-ci ildə Bərdə rayonu Şəhid Bəxtiyar Əhmədoğlu adına tam orta məktəbin. 1-ci sinifinə daxil olub.
Məktəb illərində xoş rəftarı, mehriban davranışı ilə dostları arasında fərqlənirdi.
Müəllimlərin sevimli Şövqisinə çevirilmişdir.

Şövqü İsmayılzadə 2013 cü ildə adıçəkilən tam orta məktəbi bitirərək 2014-cü ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Dövlət sərhəd xidmətinə vətənə hərbi qulluğa yollanmışdır.
18 ay müddət dovründə hərbi xidməti bitirərək evinə geri dönmüş.

2015-2020 ci illərdə kəndə şəxsi təsərrüfat ilə məşğul olmuş,hamının inamını etibarını qazanmışdır.

2020-ci ildə gedən ll Qarabağ döyüşlərində 7 Oktyabr tarixində Tərtər-Ağdərə uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır.
Döyüşlərdə olan zaman Kamaz markalı avtomobil idarə etmişdir.Öz yaralı yoldaşların çiyinlərində daşımışdır.
Kamazda yoldaşlarını daşımağa cəhd edərkən düşmənin atdığı mərmi nəticəsində igidliklə şəhid olmuşdur. Ruhu şad olsun.

İsmayılzadə Şövqi 3-cü dərəcəli "Vətənə xidmətə görə"ordeni ilə təltif olunmuşdur.
Ailəlidir 1 qız övladı var.
Allahdan ailə üzvlərinə səbr diləyirik.

Vətən oğlu-Şövqi İsmayılzadə

Vətən oğlu-Şövqi İsmayılzadə