Slovakiyada son 80 ilin ən güclü zəlzələsi baş verdi

Dünya
10.10.2023
14:39
Slovakiyada son 80 ilin ən güclü zəlzələsi baş verdi


Slovakiyanın şərqində 5 bal gücündə zəlzələ baş verib. Bu ölkədə son 80 ildə müşahidə olunan ən güclü yeraltı təkan olub.

Bu barədə Slovakiya Elmlər Akademiyasının seysmologiya şöbəsinin müdiri Kristian Çiçay bildirib.

Yeraltı təkanların episentri Slovakiyanın şərqindəki Preşov şəhəri yaxınlığında olub. Hadisə nəticəsində Pakostov kəndindəki yunan katolik kilsəsinə ziyan dəyib - binada çatlar yaranıb.

Digər dağıntılar və tələfatlar barədə məlumat verilmir.

Zəlzələ təkcə Slovakiyanın şərqində deyil, Macarıstanın şimal-şərqində, Polşanın cənub-şərqində və Ukraynanın qərbində də hiss olunub.

Mənbə: TASS

18.11.2024
13:15
Başsağlığı