İspaniyada gəmiləri aşıran balina dəstələri görünüb

Hadisə
Bugün
07:05
İspaniyada gəmiləri aşıran balina dəstələri görünüb


Alimlər İspaniya və Portuqaliya sahilləri yaxınlığında gəmiləri aşıran qatil balina dəstələrinin anomal davranışından narahatdırlar.

Bu barədə Oxu.Az "The Sun" nəşrinə istinadən məlumat verir.

Məlumata görə, heyvanlar özlərinə məxsus yeni dil yaradıblar və bu dili heç kim başa düşə bilmir.

Qeyd edilir ki, dəstənin başçısı olan balina digər qatil balinalarla ünsiyyət qurarkən lentə alınıb və onun dörd fərqli səslə xarakterizə olunan dialekti daha əvvəllər qeydə alınanların heç birinə bənzəmir.

"İndiyə qədər onların çox səssiz olduqları hesab edilirdi. Amma indi biz bilirik ki, onların qışqırıqları başqa heç bir şeyə bənzəmir. Bu, sanki Avropanın mərkəzində qəfildən yeni bir dil kəşf etmək kimidir", - deyə İspaniyanın balinakimilərin qorunması, öyrənilməsi və tədqiqi üzrə təşkilatının (CIRCE) prezidenti Reno de Stefanis bildirib.

O əlavə edib ki, həmin balinalar tamamilə yeni bir dildə danışır və bu dili ərəb və latın dilləri arasındakı fərqlərlə müqayisə etmək olar.

Nəşrin məlumatına görə, 2020-ci ildən bəri bu dəstə 700 dəfədən çox görülüb. Heyvanlar Cəbəllütariq boğazında gəmiləri batırırlar. Bir il ərzində onlar 70-dən çox gəmini aşırıblar.