Məmməd Mahmudov Təltif olundu

Cəmiyyət
18.07.2025
14:04
Məmməd Mahmudov Təltif olundu


Təltif xəbəri
Məmməd Mahmudov "Peşəkar Rəhbər" Fəxri Diplomu ilə Təltif Olundu

Azərbaycan ədliyyə sistemində uzun illər səmərəli fəaliyyət göstərmiş, peşəkarlığı və yüksək idarəçilik keyfiyyətləri ilə seçilən Ədliyyə Nazirliyinin sabiq əməkdaşı Məmməd Mahmudov “Dövlət Xəbər” tərəfindən təqdim olunan "Peşəkar Rəhbər" adlı Fəxri Diplom ilə təltif olunub.

Məmməd Mahmudov dövlətə və xalqa bağlılığı, vəzifə borcuna yüksək məsuliyyət hissi ilə yanaşması, ədalətə sadiqliyi və rəhbərlik etdiyi kollektivlərdə vətənpərvər dəyərlərin aşılanmasına verdiyi töhfələrlə tanınır.

Bu təltif onun illərlə sərgilədiyi vicdanlı xidmətin və vətənpərvər mövqeyinin dəyərli təzahürüdür.

✨ Peşəkar rəhbər,
✨ Dövlətinə sadiq vətəndaş,
✨ Ədalət nümunəsi – Məmməd Mahmudov
Sizə yeni uğurlar və sağlam həyat arzulayırıq!