Tural Novruzov: “Şuşada üç yaşayış binası tezliklə istifadəyə veriləcək”

Siyasət
10.10.2023
14:41
Tural Novruzov: “Şuşada üç yaşayış binası tezliklə istifadəyə veriləcək”


“Yaxın zamanda Şuşada üç yeni binanın tikintisi yekunlaşacaq”.

Oxu.Az xəbər verir ki, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov deyib. O qeyd edib ki, üç il ərzində Heydər Əliyev Fondunun rəhbərliyi ilə Şuşada bir neçə abidə bərpa olunub.

Onun sözlərinə görə, işğal dövründə Şuşada 70 faiz abidə dağıntılara məruz qalıb:

“Biz orada yeni şəhərcik saldıq, insanların ora köçürülməsini təmin edəcəyik. Biz şəhərin davamlı inkişaf etdirilməsi üçün dayanıqlılığı vurğulayırıq. Lakin ekoloji cəhətdən əmin olmalıyıq ki, bu inklüziv şəhərdir. Ekoloji baxımdan məlumdur ki, Şuşa yaşıl şəhərdir və hər bir bina ətrafında ağac əkiləcək və heç bir ağac qırılmayacaq. Siz bunu əyani olaraq da görəcəksiniz”.

Könül Cəfərli