Cəbrayılın 11 kəndinin işğaldan azad edilməsindən iki il keçir - FOTO

Hərbi
19.10.2022
01:00
Cəbrayılın 11 kəndinin işğaldan azad edilməsindən iki il keçir - FOTO


44 günlük Vətən müharibəsi zamanı bəzi ərazilərin Ermənistanın işğalından azad edilməsindən iki il keçir.

Oxu.Az xatırladır ki, 2020-ci ilin oktyabrın 19-da Cəbrayıl istiqamətində bir neçə kənd işğaldan təmizlənib.

Belə ki, Cəbrayılın Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli və İsaqlı kəndləri işğaldan azad olunub.

Qələbə xəbərini Prezident - Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tvit ataraq elan edib.

Cəbrayılın 11 kəndinin işğaldan azad edilməsindən iki il keçir - FOTO