Bakıda 94 yaşlı kişinin çürümüş meyiti tapıldı

Cinayət
18.05.2023
19:30
Bakıda 94 yaşlı kişinin çürümüş meyiti tapıldı


Bakıda evdən meyit tapılıb.

Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Buradakı mənzillərdən birində 94 yaşlı Əhmədxan Əhmədoviç Qamedovun meyiti aşkarlanıb.

Meyitdə çürümə prosesləri getdiyi bildirilir. Məlumata əsasən, mərhum bir neçə gün əvvəl ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır