AQTA tərəfindən unudulmuş “Pətək Market” təhlükə mənbəyi kimi dərhal araşdırılsın!

Tənqid
Bugün
09:54
AQTA tərəfindən unudulmuş  “Pətək Market” təhlükə  mənbəyi kimi dərhal araşdırılsın!


Şuşa qəsəbəsində yerləşən “Pətək Market” adlı ticarət obyektində zəhərlənmə halları mütəmadi olaraq baş verir. Yerli sakinlər bu marketdən alınan məhsullardan sonra sağlamlıqlarında ciddi pozuntular yaşadıqlarını bildirirlər.

7 iyul 2025-ci il tarixində tərəfimizdən bu məsələ ilə bağlı video çəkiliş aparılarkən, əvvəllər Maştağada icra nümayəndəsinin müavini, sonra Bakıxanovda icra nümayəndəsi, hazırda isə Bilgəh Bələdiyyəsinin sədri olan Kamandar Zeynalov çəkilişə qəsdən mane olmuşdur.

Marketin əməkdaşlarından biri olan Vüqar adlı şəxs isə məsuliyyətsiz şəkildə “Heç Qida Təhlükəsizliyi Agentliyi də burada yoxlama keçirmir, sizmi yoxlayacaqsınız?” – deyərək agentliyə və dövlət nəzarətinə qarşı açıq hörmətsizlik nümayiş etdirmişdir.

Qeyd edək ki, bu cür nəzarətsiz və məsuliyyətsiz fəaliyyət aşağıdakı qanun pozuntularına səbəb ola bilər:


---

Hüquqi əsas:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.5-ci maddəsinə əsasən:

> “Tibbi müayinədən keçməyən və ya infeksion xəstəlik daşıyan şəxslərin ictimai iaşə və ərzaq sektorunda işləməsi qanunla qadağandır”
Bu tələblərə əməl olunmaması fiziki, vəzifəli və hüquqi şəxslər üçün inzibati məsuliyyət yaradır.



Tələb edirik:

1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi dərhal məsələni araşdırmalı, “Petek Market”də yoxlama aparmalıdır.


2. Marketin gigiyenik və sanitar vəziyyəti, məhsulların mənşəyi və satış şəraiti yoxlanmalıdır.


3. Əgər qanun pozuntuları aşkarlanarsa, 220.5-ci maddəyə əsasən məsul şəxslər barəsində hüquqi tədbirlər görülsün.


4. Bu obyekt daimi nəzarətə götürülsün, çünki insan həyatı pulla ölçülə bilməz.



İnsan sağlamlığı ilə oyun olmaz!
Biz məsul qurumlardan təxirəsalınmaz və ciddi tədbirlər görmələrini tələb edirik!