Qarşıdakı dövrdə Qarabağda maraqlı, həm də son mərhələ adlandıra biləcəyimiz proseslərin şahidi olacağıq

İdman
30.05.2023
09:41
Qarşıdakı dövrdə Qarabağda maraqlı, həm də son mərhələ adlandıra biləcəyimiz proseslərin şahidi olacağıq


Əliyevin Laçından Xankəndinə göndərdiyi və Araik başda olmaqla separatçılara ünvanlanan mesajda mühüm bir detal var:
“İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq”.
Bununla Prezident separatizmin ləğvi, Rusiya sülhməramlılarının müvəqəti yerləşdiyi ərazilərə nəzarətin “son addımlığında” olduğumuzu elan edir.
Qarşıdakı dövrdə Qarabağda maraqlı, həm də son mərhələ adlandıra biləcəyimiz proseslərin şahidi olacağıq.