Polşada mümkün hərbi əməliyyatlara görə pilotlara xəbərdarlıq edilib

Cəmiyyət
05.02.2024
09:54
Polşada mümkün hərbi əməliyyatlara görə pilotlara xəbərdarlıq edilib


Polşada pilotları ölkənin şərq hissəsində mümkün döyüşlər səbəbindən ehtiyatlı olmağa çağırıblar.

Bu barədə Polşa Hava Naviqasiya Agentliyi məlumat paylaşıb.

“5 fevral 2024-cü il saat 06:00-dan 5 may 2024-cü il saat 06:00-a qədər olan müddətdə hava məkanı istifadəçiləri üçün naviqasiya xəbərdarlığı tətbiq edilir”, - məlumatda bildirilir.

Agentlik həmçinin xəbərdarlığın tətbiq olunduğu zonanın qeyd olunduğu xəritəni də dərc edib.

Bu, Rusiya, Belarusiya və Ukrayna ilə sərhədə yaxın olan bölgələrə aiddir. Qeyd olunur ki, xəbərdarlıq Polşa, Varşava ərazisinə də aiddir.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı