Novruz bayramı münasibətilə Prezidentimizi və xalqımızı təbrik edirəm -Məhəmməd Əsədov-Təbrik

Cəmiyyət
13.03.2023
10:52
Novruz bayramı münasibətilə Prezidentimizi və xalqımızı təbrik edirəm -Məhəmməd Əsədov-Təbrik


Başda Ali baş Komadn,Cənab İlham Əliyev olmaqla bütün xalqımızı əziz Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə böyük uğurlar arzulayıram.

Təbiətin oyanış fəsli yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmış, sevilmiş və böyük məhəbbətlə qeyd olunmuşdur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur. Novruzun gəlişi insanlarda ülvi duyğular oyadır, hər kəsə sonsuz sevinc və fərəh bəxş edir.

Hər yerdə bir oyanış, yeniləşmə, təzəlik hiss olunur.

Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərinin, milli mənəvi dəyərlərimizə verdiyi böyük qiymətin nəticəsidir ki, Novruz bayramı bu gün ölkəmizdə rəsmi səviyyədə geniş qeyd olunur. Xalqımız özünün sevimli bayramını cəmiyyətin bütün təbəqələri arasında möhkəm birlik nümayiş etdirməklə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində qazandığı uğurlarla qarşılayır.

Müstəqil Azərbaycanımızın davamlı inkişaf strategiyasının reallaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən böyük layihələr, bunların nəticəsi olaraq ölkəmizin dünyanın ən stabil ölkələri sırasında yer tutması, iqtisadi inkişaf göstəricilərinə görə regionda lider dövlətə çevrilməsi xalqımızda qanuni iftixar hissi doğurur. Bütün bunlar, habelə müstəqil dövlətimizin xalqımızın rifah halının durmadan yüksəltməyə yönəlmiş sosialyönümlü siyasəti Azərbaycan vətəndaşlarında sabaha böyük inam və ümidlər yaradır.

Məhəmməd Əsədov

Sabunçu rayon İcra hakimiyyəti Nardaran qəsəbə dairəsi üzrə İcra nümayəndəsi