Nizami rayonunda 20 yaşlı qızı avtomobil vurub

Cinayət
01.06.2023
08:23
Nizami rayonunda 20 yaşlı qızı avtomobil vurub


Bakının Nizami rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 2003-cü il təvəllüdlü Səadət Rasim qızı Əsədovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.