HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT

Müsahibələr
Dünən
11:41
HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT


Xalqın birliyi və Ordumuzun rəşadəti nəticəsində tarixi Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımızı dünyada mübariz, döyüşkən və qalib xalq kimi tanıtdı. Uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan məqsədyönlü addımların nəticəsi olaraq Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə cənab Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.



Müstəqil Azərbaycan dövləti ümummilli liderimizin qoyub getdiyi möhkəm təməl üzərində inkişaf edir. Onun siyasi kursu Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir. Daxili işlər orqanlarına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsinə, infrastrukturunun yenilənməsinə göstərdiyi ali diqqət və qayğıya, fəaliyyətinə verdiyi böyük dəyərə və etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm.



Çox hörmətli Cənab Prezident!



İndi biz cəsarətlə bəyan edirik ki, Azərbaycan xalqı qalib xalqdır. Bütün Azərbaycan xalqı tam əmindir ki, ölkəmizin taleyi qayğıkeş və etibarlı əllərdədir. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycanın rifahı naminə bütün təşəbbüslərinizdə uğurlar diləyirik. Siz bütün Azərbaycan xalqını xoşbəxt etdiniz. Sizinlə fəxr edirik, Sizə inanırıq, güvənirik, Sizi sevirik.



Yaşasın müstəqil Azərbaycan! Yaşasın Ali Baş Komandan!

Sumqayıt Təcili Tibbi Təxirəsalınmaz Yardım Stansiyasının söbə müdrü Famil Qaflanov

18.11.2024
13:15
Başsağlığı